Ermənistanın paytaxtı İrəvan şəhərinin yaxınlığında zəlzələ baş verib.
AzerTimes xəbər verir ki, bu barədə Ermənistan DİN-in xilasetmə xidməti məlumat yayıb.
Bildirilib ki, yerli vaxtla saat 19:40-da (GMT 15:40) baş verən zəlzələ İrəvanın 30 km-liyində, 10 km dərinlikdə olub.
Episentrdə zəlzələnin gücü 3-4 bal olub. Zəlzələ İrəvanda 3-4 bal, Ararat bölgəsində 2-4 bal gücündə hiss olunub.