İrəvanda keçirilmiş ağırlıqqaldırma üzrə Avropa çempionatında zəfər qazanmış Türkiyə idmançıları Azərbaycana gəlib.
AzerTimes xəbər verir ki, qonaqları gətirən təyyarə Heydər Əliyev adına hava limanına eniş edib.
Hava limanında idmançılar xüsusi coşquyla qarşılanıblar.
Nümayəndə heyətinə Avropa çempionları Nuray Güngör, Cansu Bekdaş, Yusif Fehmi Gənc, Avropa çempionatının gümüş mükafatçısı Qəmzə Altun və Türkiyə Ağır Atletika Federasiyasının prezidenti Tələt Ünlü daxildir.