İrəvanda yenə aksiyadır: Bakıya və Ankaraya qarşı

İrəvanda yenə aksiyadır: Bakıya və Ankaraya qarşı

Ermənistan müxalifətinin yaratdığı “Müqavimət” hərəkatı bu gün yenidən İrəvanda aksiya keçirir.

AzerTimes xəbər verir ki, aksiya yürüşlə başlayıb və Fransa meydanında mitinqlə davam edir.

Aksiyaya ənənəvi olaraq İşxan Saqatelyan rəhbərlik edir.

Çıxışçılar hakimiyyətin daxili və xarici siyasətini, o cümlədən Azərbaycan və Türkiyə ilə aparılan normallaşma prosesini tənqid ediblər.

Saqatelyan deyib ki, küçə mübarizəsinin alternativi yoxdur və müxalifət buna davam edəcək.

O, müxalifətin parlamentə qayıtmaq niyyətinin olmadığını da vurğulayıb. Onun sözlərinə görə, yalnız hakimiyyəti göndərmək üçün parlamentə qayıda bilərlər.

Bundan sonra Saqatelyan yenə yürüş etməyi və yenidən meydana qayıtmağı təklif edib.

Qyd edək ki, müxalifətin aksiyaları 25 apreldən başlayıb. İndiyə qədər ən izdihamlı aksiya 2 mayda keçirilib və o zaman cəmi 14 min iştirakçı olub. Bundan sonra iştirakçıların sayı azalmaqda davam edir.

Teqlər: