İrəvanda Türkiyə vətəndaşının meyiti tapıldı

İrəvanda Türkiyə vətəndaşının meyiti tapıldı

İrəvanda Türkiyə vətəndaşının meyiti tapılıb.

AzerTimes xəbər verir ki, Şenqavit Polis Şöbəsinə Araratyan küçəsi 62/23 ünvanında fəaliyyət göstərən “Urban Logistics Services” şirkətinin həyətində kişi meyiti olması barədə məlumat daxil olub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları sözügedən yerdə Türkiyə dövlət nömrə nişanlı “İveco” markalı yük maşınının yanında kişi meyiti aşkarlayıblar.

Məhkəmə-tibb həkiminin ilkin rəyinə görə, meyitin üzərində zorakılıq izləri aşkar edilməyib.

Ölən şəxsin kimliyi araşdırılır.

Teqlər: