İrəvanda təzə oyun: “Tarixi sənəd” axtarırlar ki, Qarabağı…

İrəvanda təzə oyun: “Tarixi sənəd” axtarırlar ki, Qarabağı…

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Praqada keçirilən görüşdə BMT Nizamnaməsinə və tərəflərin vaxtilə bir-birinin ərazi bütövlüyünü tanıdığı 1991-ci il Almatı Bəyannaməsinə sadiqliklərini təsdiqləyiblər. Lakin Ermənistan Ali Sovetinin 1990-1995-ci il çağırış deputatları İrəvanın bu bəyannaməni qeyd-şərtlə ratifikasiya etdiyini bəyan edərək, bunun Qarabağa aid olmadığını bildiriblər.

AzerTimes xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

“Bu barədə bizə Ali Şuranın sədr müavini Ara Saakyan, Suren Zolyan və Kim Balayan məlumat verib. Bu açıqlamalardan sonra səlahiyyətlilər səsvermənin bəyannaməsini və protokolunu Ermənistan parlamenti və ya Xarici İşlər Nazirliyinin arxivində axtarıblar, amma tapmayıblar. Ermənistan parlamentindən bildirilib ki, onların arxivində belə bir sənəd yoxdur, bəlkə də Milli Arxivdədir”, – nəşr qeyd edir.

Qeyd edək ki, Ermənistan riyakarlarının belə bir “tarixi sənədi” ortaya qoymayacağı mübahisəlidir. Zatən “min illik” tarix uydurmağı bacaran bir millətdən nə desən, gözləmək olar.

Teqlər: