İrəvanda sorğu: Nikolun reytinqi şok etdi

İrəvanda sorğu: Nikolun reytinqi şok etdi

Beynəlxalq Respublikaçılar İnstitutu mart ayında Ermənistanda keçirdiyi sorğunun nəticələrini dərc edib.

AzerTimes xəbər verir ki, respondentlərə “Bu bazar günü seçki olsa, hansı qüvvəyə səs verərdiniz” sualı ünvanlanıb.

Sorğu iştirakçılarının 21%-i hakim partiyaya – “Mülki müqavilə”yə səs verəcəyini açıqlayıb. Köçəryanın “Ermənistan” bloku 4%, Sərkisyanın “Şərəfim var” bloku isə 1% səs toplayıb. Digər partiyalar da 1-3% civarında səs alıb.

Respondentlərin 12%-i bülleteni korlayacağını, 30%-i seçkidə iştirak etməyəcəyini, 20%-i cavabda çətinlik çəkdiyini bildirib.

Yalnız İrəvanda keçirilən sorğuda isə Paşinyanın partiyası 17%, “Ermənistan” bloku 5%, “Şərəfim var” bloku 1%, Daşnaksütyun 2% və s. səs qazanıb.

Qeyd edilir ki, ümumilikdə seçkilərə maraq azalsa da, Paşinyanın partiyası digər bütün partiyaların ümumilikdə topladığı səsdən daha yuxarı reytinqə malikdir, əsas rəqiblərini isə qat-qat üstəliyir.

Xatırladaq ki, müxalifətin aylarla tənqid və təzyiqlərinə baxmayaraq, Paşinyanın mövqelərini nəinki qoruması, hətta reytinqini yüksəltməsi ciddi müzakirəyə səbəb olub.

Teqlər: