İrəvanda saxlanılan aksiyaçıların sayı açıqlandı

İrəvanda saxlanılan aksiyaçıların sayı açıqlandı

Saat 11:00-a olan məlumata görə, polis bölmələrinə aparılan aksiyaçıların sayı 151 nəfərə çatıb.

AzerTimes xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Həmin vətəndaşlar dövlət nümayəndələrinin qanuni tələblərini yerinə yetirmədiklərinə görə Ermənistan Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə saxlanılıblar”, – məlumatda deyilir.

Qeyd edək ki, səhər tezdən İrəvanın müxtəlif yerlərində vətəndaş itaətsizliyi aksiyaları başlayıb.

Teqlər: