İrəvanda rus sərhədçilərinə qarşı aksiya: Qəbuledilməzdir!

İrəvanda rus sərhədçilərinə qarşı aksiya: Qəbuledilməzdir!

İrəvanın “Zvartnots” hava limanı yaxınlığında aeroportda xidmət edən Rusiya sərhədçilərinin oradan çıxarılması tələbi ilə etiraz aksiyası keçirilir.

AzerTimes xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

“Ermənistan Respublikasının vətəndaşı olan ləyaqətli erməni üçün əcnəbinin öz ölkəsinin, evinin qapısını mühafizə etməsi, ölkəyə kimin buraxılıb-buraxılmayacağına əcnəbinin qərar verməsi qəbuledilməzdir.

“Gəlin birlikdə Rusiya işğalçısını Ermənistandan qovmaq və suveren dövlət yaratmaq iradəmizi ifadə edək”, – aksiya iştirakçıları müraciətlərində qeyd ediblər.

Teqlər: