İrəvanda polkovnikinin oğlu güllələndi

İrəvanda polkovnikinin oğlu güllələndi

Bu gün İrəvanda silahlı atışma barədə İrəvan polis şöbəsinə məlumat daxil olub.

AzerTimes xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

“Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindən tapança, 2 güllə və qan izləri aşkar ediblər. Polis və müstəntiqlər müəyyən ediblər ki, atışma nəticəsində 35 yaşlı İrəvan sakini Eduard N. İrəvan Universitetinin 1 saylı xəstəxanasına çatdırılıb, onun bədənində kəskin deşici və kəsici alətlə vurulmuş çoxsaylı zərbə izləri var. Faktla bağlı cinayət işi başlanıb”,- məlumatda deyilir.

Qeyd olunur ki, yaralının atası bir vaxtlar Şirak vilayət polis idarəsinin rəisi vəzifəsində çalışmış polis polkovniki Vardan Nadaryandır.

Teqlər: