İrəvanda polis yox, polisə qazla hücum edildi

İrəvanda polis yox, polisə qazla hücum edildi

Ermənistan polisi İrəvanda keçirilən aksiyalar zamanı ümumilikdə 9 etirazçını saxlayıb.

AzerTimes xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 2 nəfər Respublika meydanında, qalan 7 nəfər isə Myasnikyan prospektində saxlanılıb.

Məlumata görə, etirazçılara məxsus 6 maşın cərimə meydançasına aparılıb.

Ermənistan DİN-dən verilən məlumata görə, aksiyalar zamanı etirazçılar polislərə zərbələr endiriblər.

İstintaq Komitəsindən bildirilib ki, polisə qarşı gözyaşardıcı qazdan istifadə edən 54 yaşlı etirazçı məhkəmə tərəfindən həbs olunub.

Ermənistan DİN etirazçıları qanunu pozmamağa və polisin qanuni tələblərini yerinə yetirməyə çağırıb.

Qeyd edək ki, keşiş Baqratın rəhbərliyi altında bir qrup şəxs İrəvanda küçələri bağlamağa çalışır.

Teqlər: