İrəvanda polis idarəsinə basqın: cinayət işi açıldı

İrəvanda polis idarəsinə basqın: cinayət işi açıldı

Ermənistan Daxili İşlər Nazirliyinin İrəvan polisinin Nor-Nork inzibati ərazi dairəsi üzrə şöbəsinə 3 nəfərin basqın etməsi, hədə-qorxu gəlməsi və partlayış törətməsi faktı ilə bağlı dövlət əleyhinə cinayətlərin istintaqı baş idarəsində Cinayət Məcəlləsinin 308-ci maddəsinin 1-ci hissəsinə əsasən (terrorçuluq) cinayət işi başlanıb.

AzerTimes xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, polis bölməsində baş verən partlayış nəticəsində içəri girənlərdən ikisi qəlpə yaraları alıb və xəstəxanaya yerləşdirilib. Daha bir nəfər isə xüsusi təyinatlılar tərəfindən zərərsizləşdirilib. Sonuncu qeyd olunan cinayətin açıq-aşkar törədilməsində əsaslı şübhələr əsasında saxlanılıb.

Hazırda hadisənin baş vermə şəraitinin aydınlaşdırılması istiqamətində təxirəsalınmaz istintaq-əməliyyat və prosessual, o cümlədən əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xatırladaq ki, martın 24-də İrəvanın Nor-Nork rayonunun polis bölməsinə silahlı hücum olub. Üç şübhəli şəxs polis bölməsinə qumbara atsa da, yaralanan ancaq özlərindən iki nəfər olub. Digər şəxsi isə xüsusi təyinatlılar zərərsizləşdirib. İrəvanın mer müavini Armen Pambuxçyan insidenti terror kimi səciyyələndirib.

Teqlər: