İrəvanda polis etirazçını belə döyür – Video

İrəvanda polis etirazçını belə döyür – Video

İrəvanda polisin mitinq iştirakçılarını döyməsi ilə bağlı daha bir videogörüntü yayılıb.

AzerTimes xəbər verir ki, bu barədə erməni vəkil Raffi Aslanyan Feysbuk səhifəsində paylaşım edib.

“Cinayət-hüquqi qiymətləndirilməyə layiq daha bir video… Baxmayaraq ki, əminəm bir nəfər də olsun polis həbs edilməyəcək. Çünki bu, qalanlarını nümayişçilərin döyülməsi ilə bağlı dövlət sifarişini yerinə yetirməkdən imtina etməyə məcbur edəcək”, – deyə Aslanyan bildirib.

Qeyd edək ki, videoda polisin mitinq iştirakçısının başına arxadan bir neçə dəfə zərbə vurması aydın olur.

Teqlər: