İrəvanda polis bölməsinə bu təşkilat hücum edib

İrəvanda polis bölməsinə bu təşkilat hücum edib

Ermənistanın paytaxtı İrəvanda polis bölməsinə kimin hücum etdiyi məlum olub.

AzerTimes xəbər verir ki, bu barədə Ermənistanın Daxili İşlər Nazirliyinin rəsmisi Narek Sərkisyan məlumat verib.

“Biz ilkin məlumatları yayımladıq: üç nəfər hücum edib, onların ad və soyadlarını elan etdik. Onlar Milli Demokratik Qütb təşkilatının üzvləridir”, – Sərkisyan bildirib.

Qeyd edək ki, dünən 3 nəfər İrəvanın Nor Nork rayonunda yerləşən polis bölməsinə hücum etmişdi. Hücum zamanı əl qumbarasının partlaması nəticəsində iki nəfər yaralanmışdı.

Teqlər: