İrəvanın “Zvartnots” hava limanında insanlar pasport nəzarətindən keçmək üçün saatlarla növbəyə dururlar.
AzerTimes xəbər verir ki. bu barədə Ermənistan parlamentinin sabiq deputatı Naira Zöhrabyan məlumat yayıb.
O bildirib ki, pasport yoxlamasından növbəsiz keçmək üçün 9 min dram ödəməyi təklif ediblər:
“Bu, pul qazanmaq üçün yeni bir hiylədir. Əslində 9 min verməsən, təxminən 4-5 saat növbədə durmalı olacaqsan”.