İrəvanda Paşinyana qarşı mitinq keçiriləcək

İrəvanda Paşinyana qarşı mitinq keçiriləcək

Bu gün “Miasin” alternativ ictimai-siyasi hərəkatının Koordinasiya Şurası İrəvanda “arsax hərəkatı”nın növbəti ildönümünə həsr olunmuş mitinq keçirəcək.

AzerTimes xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Məlumata görə, mitinqdə əsas tələb “arsax”ı təslim edənlərin istefası olacaq. Bildirilib ki, mitinqdə Nikol Paşinyanın Ermənistanın baş naziri postundan istefa verməsinin 100-dən çox səbəbi açıqlanacaq.

Ermənistan Demokratik Partiyasının rəhbəri Aram Sərkisyanın sözlərinə görə, mitinq iştirakçıları əvvəlcə Yerablur panteonuna gedəcək, daha sonra Azadlıq meydanında toplanacaq.

Xatırladaq ki, 1988-ci il fevralın 20-də Dağlıq Qarabağ Xalq Deputatları Sovetinin Xankəndidə keçirilən növbədənkənar sessiyasında “Azərbaycan və Ermənistan SSR Ali Sovetlərinə Dağlıq Qarabağın Azərbaycan Respublikasının ərazisindən çıxarılması xahişi ilə müraciət etmək haqqında” qərar qəbul edilib.

Teqlər: