İrəvanda “Surmalu” ticarət mərkəzində baş verən partlayış nəticəsində 20 nəfərin taleyi naməlum olaraq qalır.
AzerTimes xəbər verir ki, bu barədə Ermənistan fövqəladə hallar naziri Armen Pambuxçyan jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, 20 vətəndaş partlayışdan sonra yaxınlarını tapa bilmədiyini söyləyir:
“Axtarışlar aparılır, yəqin ki, gecə də davam etdiriləcək. Dağıntılar altında insanların qaldığı ehtimal olunur. Ona görə də ehtiyatla işləyirik ki, onlara zərər verməyək”.
Qeyd edək ki, son məlumata görə, ticarət mərkəzində baş verən partlayış nəticəsində 2 nəfər ölüb, 60-i isə yaralanıb.