İrəvandakı “Ararat Resort” otel kompleksinin nəzarət-buraxılış məntəqəsində qaz sızması nəticəsində partlayış baş verib.
AzerTimes erməni mediasına istinadla xəbər verir ki, hadisə nəticəsində təhlükəsizlik işçisi yaralanıb.
Hadisə iyunun 23-də səhər saat 07:30 radələrində baş verib. Oteldən qeyd ediblər ki, xəsarət alan işçinin 39 yaşı var və İrəvandakı Milli Yanıq Mərkəzinə aparılıb.
Partlayış nəticəsində məntəqənin şüşələri sınıb.