Ötən gecə İrəvanın mərkəzində onlarla insanın iştirakı ilə əlbəyaxa dava olub.
AzerTimes xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
“Saat 21:30 radələrində Vernisaj yaxınlığında təxminən 40 nəfər arasında mübahisə baş verib və atəş açılıb. Hüquq-mühafizə orqanları müəyyən edib ki, A.A. və dostları 16 yaşlı V.V və onun dostları ilə mübahisə edib. Mübahisə davaya çevrilib və atəş açılıb”, – məlumatda deyilir.
Xəsarət alanların olub-olmaması barədə açıqlama verilməyib.