Ermənistanın təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Janna Andreasyan vəzifəsindən azad edilib.
AzerTimes xəbər verir ki, bu barədə qərarı Ermənistan Baş naziri Nikol Paşinyan imzalayıb.
“Dövlət qulluğu haqqında” qanunun 9-cu maddəsinin 1-ci hissəsini rəhbər tutaraq, Janna Andreasyan Ermənistanın təhsil, elm, mədəniyyət və idman nazirinin müavini vəzifəsindən azad edilsin”, – qərarda bildirilib.
Qeyd edək ki, daha öncə təhsil, elm, mədəniyyət və idman naziri Vahram Dumanyan və baş nazirin müavini Ambarsum Matevosyan da işdən çıxarılıb.