İrəvanda iki iranlını maşın vurdu: 1 ölü, 1 yaralı

İrəvanda iki iranlını maşın vurdu: 1 ölü, 1 yaralı

İrəvanda avtomobil iki İran vətəndaşını vurub.

AzerTimes xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Məlumata görə, 40 yaşlı İrəvan sakini Ara Xaçaturyan idarə etdiyi “Toyota” markalı avtomobillə İrən vətəndaşları olan 47 yaşlı Əhməd Əsgəri və 31 yaşlı Sədidər Moradpurini vurub.

Qəza nəticəsində Əsgəri yerindəcə ölüb, Moradpuri isə yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb.

Faktla bağlı cinayət işi açılıb.

Teqlər: