İrəvanda gərginlik pik həddə: səs bombasından istifadə edildi

İrəvanda gərginlik pik həddə: səs bombasından istifadə edildi

Ermənistanın paytaxtı İrəvanda keçirilən etiraz aksiyası zamanı polis səs bombasından istifadə edib.

AzerTimes xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat verib. Belə ki, Proşyan küçəsində etirazçılar parlament binasına getmək istəyəndə vəziyyət gərginləşib. Polis aksiyanı dağıtmaq üçün səs bombasından istifadə edib.

“Müqavimət” hərəkatının koordinatorlarından biri İşxan Saqatelyanın etirazçıların parlament binasına gedə bilməsi üçün polisi yolu açmağa çağırmasından sonra vəziyyət gərginləşib. Bundan sonra aksiyaçılarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında atışma başlayıb.

Teqlər: