44 günlük müharibədə ölən erməni əsgərlərin valideynləri Ermənistan parlamenti qarşısında etiraz aksiyası keçiriblər.
AzerTimes xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
Məlumata görə, aksiya iştirakçıları deputatlardan Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətə dərhal reaksiya verilməsini və Baş nazir Nikol Paşinyana qarşı impiçment prosesinin başladılmasını tələb ediblər.