İrəvanda dövlət çevrilişi cəhdi var: Bakı ilə III savaş olarsa…

İrəvanda dövlət çevrilişi cəhdi var: Bakı ilə III savaş olarsa…

Ermənistanda baş verən etiraz aksiyaları fonunda Rusiyanın “Milli müdafiə” nəşrinin baş redaktoru, hərbi ekspert İqor Korotçenko münasibətlərini paylaşıb.

AzerTimes xəbər verir ki, o, Ermənistanın iki yolu olduğunu bildirib:

“Ya Ermənistan İlham Əliyevin təklif etdiyi 5 prinsip əsasında sülh sazişi imzalayacaq, ya da Ermənistanı xaos, dövlətçiliyin itirilməsi və siyasi xəritədən silinmək gözləyir”.

Hazırda İrəvanın mərkəzində minlərlə insanın toplandığını və Paşinyanı linç etməyə çalışdığını qeyd edən Korotçenko təxribatlara diqqət çəkib:

“Ermənistanın baş nazirinin hazırda hansı səfirlikdə gizləndiyini öyrənmək niyyətilə xarici səfirliklərə hücum etmək üçün qızışdırıcı çağırışlar səslənir. Kütlənin içində təxribatçı və talançı dəstələri fəaliyyət göstərir.

Paşinyanın yeganə günahı – Azərbaycanla sülh müqaviləsi imzalamağa çalışmasıdır”.

O, hazırda İrəvanda dövlət çevrilişinə cəhd baş verdiyini vurğulayıb:

“Yaxşı, ermənilər Paşinyanı devirdi – bəs onda necə olacaq? Azərbaycanla üçüncü müharibəyə başlamağa çalışacaqlar – nəticədə yeni məğlubiyyət və ərazinin ən azı üçdə bir hissəsinin itirilməsi baş verəcək”.

Teqlər: