İrəvanda böyük yanğın: zavodun 7000 kv.m ərazisi yanır

İrəvanda böyük yanğın: zavodun 7000 kv.m ərazisi yanır

İrəvanın Tiflis şosesində yerləşən anbarda güclü yanğın baş verib.

AzerTimes xəbər verir ki, bu barədə Ermənistanın xilasetmə xidməti məlumat yayıb.

Qeyd olunur ki, yanğın siqnalı Milli Böhran İdarəetmə Mərkəzinə bu gün saat 09:40 radələrində daxil olub.

İlkin məlumata görə, yanğın “Green Life” şirkətinin (konserv zavodu) 25 min kv.m sahəsi olan anbarının 7 min kv.m-ni əhatə edir.

Ərazidə 14 yanğınsöndürmə briqadası və digər texnikalar işləyir..

Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidmətinin rəhbərliyi də hadisə yerindədir.

Teqlər: