Ermənistanda Zvartnots beynəlxalq hava limanı, parlament binası da daxil olmaqla, çoxsaylı hərbi və mülki obyektlərə bomba qoyulduğu barədə məlumat daxil olub.
AzerTimes xəbər verir ki, bu barədə Ermənistan FHN məlumat yayıb.
Bildirilib ki, hər ünvana yanğın-xilasetmə qrupu göndərilib.
Hər yerdə axtarış aparılır.
Qeyd edək ki, bundan öncə İrəvan metrosu bomba xəbərdarlığı ilə fəaliyyətini dayandırmışdı.