İrəvanın Gülbekyan küçəsi, 33 ünvanında yerləşən bina yaxınlığına bomba qoyulması barədə Daxili İşlər Nazirliyinə məlumat daxil olub.
AzerTimes yerli mediaya istinadən xəbər verir ki, hazırda mütəxəssislər həmin əraziyə yollanıb və məlumatı dəqiqləşdirirlər.
Belə ki, ağacın altında partlayıcı qurğuya bənzər predmetin olduğu bildirilib.
Erməni mediasının iddiasına görə, yaxınlıqdakı binada “Mülki Müdafiə “ fraksiyasından olan deputat Qurqen Arsenyanın ofisi yerləşir.