İrəvan və şəhərin Təpəbaşı məhəlləsi ilə bağlı UNESKO-ya ünvanlanan müraciət Ermənistanda “Azərbaycanın ərazi iddiası” kimi müzakirə edilir: Azərbaycana qarşı ərazi iddialarına qarşı yaxşı cavabdır.
Bu müraciət
– Ermənistan ərazisində Azərbaycanın maddi-mədəni irsinin məhv edildiyi faktının beynəlxalq ictimaiyyətin diqqətinə təqdim olunması,
– Qarabağda “erməni irsi”nin dağıdıldığı iddiasına qarşı erməni vandalizminin göstərilməsi,
– bölgəyə missiya göndərməyə hazırlaşan və daha çox qondarma “erməni irsi” iddiasına üstünlük verən UNESKO-nun fakt qarşısında qoyulması,
– İrəvanın Azərbaycanın tarixi şəhəri olduğu faktının mədəni siyasətlə beynəlxalq aləmdə aktuallaşdırılması
baxımından əhəmiyyətlidir.