İrəvanda azərbaycanlı taksi sürücüsü… – Kütləvi psixoz

İrəvanda azərbaycanlı taksi sürücüsü… – Kütləvi psixoz

Son vaxtlar erməni mediası və sosial şəbəkələrində reallıqla heç cür səsləşməyən, tam şişirdilmiş məlumatlar yayılır.

AzerTimes xəbər verir ki, onlardan biri guya Azərbaycanın Qarabağ bölgəsinin rus sülhməramlılarının məsuliyyət zonasında fəaliyyət göstərməyə çalışan separatçı tör-töküntüsünün rəhbəri Araik Arutyunyanın Moskvada “azərbaycanlı rəsmilərlə” görüşməsi və laçın, Sus və Zabuxun təhvil verilməsi vaxtını “müəyyən etməsi”dir. Guya Azərbaycan 5 avqustun son vaxt olduğunu bildirib, Araik isə vaxtın uzadılmasını xahiş edib və Azərbaycan rəsmiləri 25 avqusta razılaşıb.

Zəruri olaraq bildirək ki, Azərbaycan hətta 19990-cı illərdə, iqtisadi baxımdan ən zəif olduğu və ölkədə qeyri-stabilliyin yaşandığı vaxtlarda belə Qarabağdakı separatçıları tərəf olaraq tanımayıb. 1994-cü ildən 2020-ci ilə qədər olan müddətdə hər zaman tərəf kimi Ermənistan göstərilib və danışıqlar da Ermənistanla aparılıb. Bu baxımdan qalib Azərbaycanın Araik kimi separatçı-terrorçu ilə nəyisə razılaşdırmasından söhbət gedə bilməz.

Digər tərəfdən, Laçın şəhərinin və Laçın dəhlizi üzərindəki kəndlərin boşaldılması 10 noyabr 2020-ci il bəyanatında açıq şəkildə göstərilir. Hazırda Laçın yolunun alternative hazırdır və Azərbaycan da 10 noyabr bəyanatının şərtlərinə uyğun olaraq, Ermənistandan Laçın şəhərini və digər iki kəndi boşaltmağını tələb edir.

Üçüncüsü, Araik Arutyunyan haqda Azərbaycan Baş Prokurorluğu cinayət işi qaldırıb. Araik Azərbaycan qanunvericiliyi ilə canidir və məsuliyyətə cəlb edilməlidir. Azərbaycanın heç MİS müdiri də Araiklə nəinki nəyisə müzakirə edə, hətta bir masada otura bilməz.

Erməni paranoyasında daha bir fantaziya da var. Erməni mediası iddia edir ki, guya separatçıların “tş katibi” Vitali Balasanyan azərbaycanlı generalla görüşüb və Laçında təhvil veriləcək evləri göstərib.

Adi bir sual çıxır: Laçında “təhvil verilməyəcək” evlər varmı ki, təhvil veriləcəklər göstərilsin?

Daha bir ağlasığmaz yalan isə bugünlərdə Qarabağa girişi qadağan olunan Ermənistanın keçmiş xarici işlər naziri və “İrs” partiyasının lideri Raffi Ovannisyanla bağlıdır. O, İrəvanda mindiyi taksi sürücüsünün azərbaycanlı olduğunu, onunla Qarabağ mövzusunda mübahisə etdiyini bildirib.

Politoloq Elxan Şahinoğlu yazır ki, Armine Adibekyan isimli erməni xanım ekspert bir az da uzağa gedərək, azərbaycanlıların İrəvanda saylarının artdığını və metronu partlamağa hazırlaşdıqlarını vurğulayıb.

E.Şahinoğlu haqlı olaraq bunu İkinci Qarabağ müharibəsinin və son anti-terror əməliyyatının təsir, kütləvi psixoz, paranoya, dəhşətli qorxu səbəbindən hər yerdə gözlərinə azərbaycanlı görünməsi ilə izah edib.

Teqlər: