İrəvanda “artsax”ın heç bir “institutu” olmayacaq: səbəb…

İrəvanda “artsax”ın heç bir “institutu” olmayacaq: səbəb…

Qarabağın (keçmiş və qondarma xunta nəzərdə tutulur – red.) heç bir institutu Ermənistanda fəaliyyət göstərməyəcək.

AzerTimes xəbər verir ki, bu sözləri Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan erməni mediasına açıqlamasında deyib.

O bildirib ki, bu “institutların” işləməməsi Ermənistanın təhlükəsizliyi məsələsidir.

Erməni mediası bildirib ki, Ermənistan “artsax” sözünü lüğətdən çıxarır, “nümayəndəliy”ini bağlamağa hazırlaşır, bütün “qurumlar”, “universitetlər”, “idarələr” və “artsax ordusu” ləğv edilir.

Teqlər: