İrəvanda aptekə hücum: 200 min oğurlandı

İrəvanda aptekə hücum: 200 min oğurlandı

İrəvanda naməlum şəxs apteki qarət edib.

AzerTimes xəbər verir ki, bu barədə “Şamşyan.com” məlumat yayıb.

Bildirilib ki, insident yerli vaxtla saat 17:30-da Qriqori Lusavoriç küçəsində yerləşən aptekdə qeydə alınıb.

Bildirilib ki, hücum edən şəxs maskada və bıçaqlı olub. O, 200 min (880 manat) dramı oğurlamağa və hadisə yerindən uzaqlaşmağa müvəffəq olub.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: