İrəvanda hökumət binası yaxınlığında keçirilən aksiyada polisin zorakılığı nəticəsində bir neçə iştirakçı yaralanıb.
AzerTimes erməni mediasına istinadən xəbər verir ki, İrəvanın Respublika Meydanına təcili tibbi yardım maşınları gəlməkdədir.
Qeyd edək ki, hazırda İrəvanın mərkəzində baş nazir Nikol Paşinyanın istefası tələbi ilə geniş aksiya keçirilməkdədir. Polis qüvvələri aksiya iştirakçılarına qarşı səs qumbarası tətbiq edib.