44 günlük müharibədə ölən hərbçilərin valideynləri, “Birgə” hərəkatının üzvləri və Baş nazir Nikol Paşinyanın istefasını tələb edən vətəndaşlar aprelin 11-də saat 18:00-da növbəti etiraz aksiyası keçirəcəklər.
AzerTimes xəbər verir ki, bunu Ermənistan Demokratik Partiyasının lideri Aram Sərkisyan deyib.
“Biz Qarabağa getməyə də borcluyuq. Cümə axşamı saat 11:00-da Qaregin Njdenin abidəsinin yanından Xankəndiyə gedəcəyik. Öz maşını ilə gələ bilən hər kəsi bizə qoşulmağa dəvət edirik. Əgər indiki hakimiyyət xalqımızı qoruya bilmirsə, biz bunu özümüz edəcəyik. O (Paşinyan – red.) deyir ki, aprelin 1-dən alternativ yol açıqdır. Gedək görək belədirmi?”, – Sərkisyan bildirib.