İrəvanda abidəni təhqir edən şəxs saxlanıldı

İrəvanda abidəni təhqir edən şəxs saxlanıldı

İrəvanda Leninqrad blokadasının uşaqlarının xatirəsinə ucadılmış abidəni təhqir edən şəxs saxlanılıb.

AzerTimes xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi bildirib.

Qeyd edək ki, İrəvanda yerli sakin Leninqrad blokadasının uşaqlarının xatirəsinə ucaldılmış abidəni təhqir edib. O, abidənin faşistlər üçün ucaldıldığını bildirərək, əklilləri dağıdıb, üzərində olan Rusiya bayraqlarını tapdalayıb.

Teqlər: