İrəvanın Nubaraşen şəhər zibilxanasında güclü yanğın baş verib.
AzerTimes xəbər verir ki, bu barədə Ermənistanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
“Yanğınla bağlı müvafiq siqnal iyulun 25-də saat 22:37-də daxil olub. İlkin məlumatlara görə, 5000 kvadratmetr sahədə zibil yanır. Yanğının söndürülməsinə texnikalar cəlb olunub”, – məlumatda deyilir.