Fransanın Ermənistana göndərdiyi “Bastion” çoxməqsədli hücum zirehli texnikası əvvəllər Ukrayna üçün nəzərdə tutulub, lakin Kiyev onlardan imtina edib.
AzerTimes Publika.az-a istinadən xəbər verir ki, bu barədə “Ouest France” qəzeti yazb.
Nəşr bildirir ki, Ukrayna hakimiyyəti 12,5 tonluq avtomobillərin artilleriya atəşindən və tank əleyhinə raketlərdən zəif qorunduğunu hesab edib.
Silahların tədarükü ilə bağlı razılaşmalar 2023-cü ilin oktyabrında Parisdə Fransa hərbi departamentinin rəhbəri Sebastyan Lekornu ilə Ermənistanın müdafiə naziri Suren Papikyan arasında keçirilən görüşdə əldə olunub.