İrəvan destruktiv qüvvələrin dəstəyi ilə Bakı ilə sülh razılaşmasının əldə edilməsi prosesinə məhəl qoymayacaq və çox güman ki, Azərbaycanla Ermənistan arasında yeni münaqişə yaranacaq.
AzerTimes xəbər verir ki, bu fikirləri israilli politoloq, beynəlxalq münasibətlər üzrə ekspert Mixail Finkel bildirib.
“Mən düşünürəm ki, yeni müharibə mütləq olacaq. Revanşizm həvəsi ermənilərdə böyükdür. Hazırda regionda bir çox sürprizləri görə bilərik. Ermənistanın müttəfiqləri onlara çoxlu vədlər verə bilər. Onlar İrəvanı silahla təchiz etməyə və bu müharibəni aparmaq üçün resurslarla təchiz etməyə çalışa bilərlər”, – deyə israilli ekspert “Sovmestnıy razqovor” Yutub kanalına müsahibəsində qeyd edib.