Hazırda proseslər elə cərəyan edir ki, hər şeyin altında gizli bir oyun getdiyi sezilir. Hər şey gizli və cətindir. Belə getsə, Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması gələn ilə qədər uzana bilər. İrəvan vaxt udmağa çalışır. ABŞ və Fransa isə bu işdə ona dəstək olur.
AzerTimes xəbər verir ki, bu fikirləri tanınmış rusiyalı politiloq Fyodor Lukyanov erməni mətbuatına açıqlamasında deyib.
“Bir müddət bundan öncəyə qədər hər şey aydın idi. Amma son vaxtlar nəsə dəyişdi. Hazırda bu dəyişikliyin sərhəddəki sentyabr gərginliyindən, Praqa görüşündən, tərəflərin son ritorikalarının nəticəsi olduğunu demək çətindir. Onu dəqiq deyə bilirəm ki, hadisələr məntiqi çərçivədən kənar inkişaf edir. Rusiyanın başı qarışıq olduğu məqamda hər şey Cənubi Qafqazda bir anda dəyişə bilər. Bir qığılcım partlayış effekti yarada bilər.
Dünyanın xaotik prosesləri sözsüz ki, Qafqaz regionuna da təsirsiz ötüşmür. İrəvan vaxt udmağa çalışır, amma Bakı da çox səbir etməyəcək. Hərbi aktivlik fazası hər an başlaya bilər”, – deyə o qeyd edib.