İrəvan yeni müharibəyə hazırlaşır – Korotçenko

İrəvan yeni müharibəyə hazırlaşır – Korotçenko

İrəvan üçün Qarabağ uğrunda yeni müharibə gözlənilən hadisədir.

AzerTimes xəbər verir ki, bunu rusiyalı hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktori İqor Korotçenko deyib.

“Analizlər göstərir ki, Ermənistan tərəfi mümkün silahlı münaqişəni real hesab edir. Ona görə də baş verən hər şey silahlı münaqişənin ola biləcəyinə işarədir. Atışma Ermənistan ordusunun Hindistan və İrandan silah, o cümlədən kamikadze PUA-lar, çoxsaylı reaktiv yaylım atəş sistemləri və digər silah növləri alması fonunda baş verir. İrəvan Azərbaycan üzərində real hərbi üstünlüyə nail ola bilməyəcəyini başa düşsə də, hələ də yeni münaqişəyə hazırlaşır”, – Korotçenko bildirib.

Korotçenkonun sözlərinə görə, Ermənistan davamlı olaraq münasibətlərin sülh yolu ilə həlli imkanlarını bağlayır:

“Təəssüflər olsun ki, Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin bu yaxınlarda keçirilən görüşündə əldə olunan razılaşmaların nəticə vermədiyini və İrəvan, o cümlədən Qarabağdakı separatçılar tərəfindən qarşısının alındığını görürük. Razılaşmadan praktiki həyata keçirməyə qədər məsafə çox böyük ola bilər. Göründüyü kimi, Ermənistanda revanşist qüvvələr kifayət qədər təsirlidir. Qarabağ separatçılarının liderləri arasında danışıqlar aparmaq iqtidarında olmayan, dialoqa və Azərbaycanın hüquqi-siyasi məkanına reinteqrasiya məsələlərinə praktiki, ağlabatan yanaşmaya qadir olmayan insanlar var”.

Poliqoloq sülh şansının hələ də qaldığını bildirib:

“Təbii ki, yeni irimiqyaslı toqquşmaların baş verməməsi mümkündür. Prezident İlham Əliyev çıxışlarında vurğuladı ki, onun təklif etdiyi beş sülh prinsipi əsasında bu ilin sonuna kimi Ermənistanla sülh müqaviləsi imzalamaq şansı var. Hansı şansların daha çox olacağını – sülh və ya silahlı münaqişə üçün – biz vəziyyətin inkişafı prosesində artıq öyrənəcəyik. Amma ümumilikdə, ən pis ssenariləri, o cümlədən hərbi-siyasi fors-majorları təhlil etmək kifayət qədər həyəcanvericidir. Bu baxımdan Rusiya öz vasitəçilik roluna sadiq qalır və Bakı ilə İrəvanın mövqelərini yaxınlaşdıra bilməsi üçün əlindən gələni edəcək. Təəssüf ki, erməni isteblişmentində heç də hamı buna hazır deyil”.

Teqlər: