Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası SSRİ-nin son dövrünün xəritələrinə əsaslanmalıdır.
AzerTimes Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
O bildirib ki, Almatı Bəyannaməsinə görə, SSRİ-nin süqutu zamanı mövcud olan inzibati sərhədlər dövlətlərarası sərhədlər kimi tanınmalıdır:
“Bu, o deməkdir ki, Ermənistanla Azərbaycan arasında Almatı Bəyannaməsinə uyğun beynəlxalq sərhəd mövcud olmalıdır. SSRİ dövründəki ən son xəritələrə əsaslanaraq onun bərpasına ehtiyac duyulur. Bununla bağlı Azərbaycanla razılığa gəlmək istəyirik. Əminik ki, bu, qanuni yanaşmadır, heç bir beynəlxalq prinsipləri pozmur və münasibətlərin normallaşmasına uyğundur. Müzakirələr davam edir və mən əminəm ki, biz son nəticədə razılığa gələcəyik”, – Qriqoryan vurğulayıb.