Gürcüstan baş nazirinin müavini, müdafiə naziri İrakli Çikovani ilə erməni həmkarı Suren Papikyan arasında telefon danışığı olub.
AzerTimes xəbər verir ki, bu barədə Ermənistan müdafiə naziri Suren Papikyan Feysbuk hesabında yazıb.
“Telefon danışığı zamanı həmkarımı Gürcüstanın müdafiə naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik etdim. Müdafiə sahəsində əməkdaşlıq və qarşıda duran tədbirləri müzakirə etdik, təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi apardıq.
Biz qarşılıqlı münasibətlərin davamlı inkişafına hazır olduğumuzu təsdiqlədik”, – Papikyan bildirib.