İrəvan və Bakı ilə hər gün əlaqə saxlayırıq – Overçuk

İrəvan və Bakı ilə hər gün əlaqə saxlayırıq – Overçuk

Moskva Ermənistan və Azərbaycan arasında nəqliyyat əlaqələrini açmaq üçün demək olar ki, hər gün İrəvan və Bakı ilə əlaqə saxlayır.

AzerTimes xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk deyib.

“Rusiya danışıqlarda iştirak edir, həllər təklif edir, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri arasında əlaqə, dialoq üçün platforma təmin edir. Blokdan çıxarmanın nə vaxt baş verəcəyi və nə qədər sürətli və ya yavaş olacağı sualına heç vaxt cavab vermirəm – tərəflər razılaşdıqda bu baş verəcək”, – o bildirib.

Teqlər: