İrəvan uydurma bəhanələrlə… – Lavrov

İrəvan uydurma bəhanələrlə… – Lavrov

Ermənistanla Rusiya arasında münasibətlərdəki vəziyyət Ermənistan rəhbərliyinin Rusiya ilə münasibətləri bilərəkdən pozan mövqeyinə görə nikbinlik yaratmır.

AzerTimes xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov “İzvestiya”ya müsahibəsində deyib.

“Ermənistan rəhbərliyi, açığını desək, uydurma bəhanələrlə son üç-üç il yarımın tarixini təhrif edərək, bilərəkdən Rusiya Federasiyası ilə münasibətlərin pozulmasına gətirib çıxarır”, – o bildirib.

Lavrovun sözlərinə görə, İrəvanın bu kursu Gümrüdəki 102-ci hərbi bazada xidmət edən rusiyalı hərbçilərin, sərhədçilərin, eləcə də bütövlükdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının böhtanında özünü göstərir:

“İrəvan məhz KTMT-nin dəfələrlə çətin vəziyyətlərdə Ermənistanın maraqlarını müdafiə etdiyini və Azərbaycanla münasibətlərində gərginliyi azaltmaq üçün 2021-ci ildə bu ölkəyə öz sülhməramlı missiyasını göndərməyə hazır olduğunu qeyd etmir”.

Teqlər: