İrəvan ümid edir ki, azərbaycanlılar qardan qorxacaq

İrəvan ümid edir ki, azərbaycanlılar qardan qorxacaq

İrəvan hakimiyyəti ümid edir ki, Laçın yolundakı azərbaycanlılar şaxtalı və qarlı havaya görə geri çəkiləcək. Görün Ermənistan nə gündədir ki, qara ümüd edir… Yəqin İrəvan hakimiyyətində oturanlar azərbaycanlıları tanımır. Onlar havanın temperaturu mənfi 50 dərəcə olsa belə, geri çəkilən deyil.

AzerTimes xəbər verir ki, bu sözləri Qarabağdakı Turşsu kənd icmasının “başçısı” Qagik Nəsibyan bildirib.

Onun sözlərinə əsasən, kəndin əhalisi bir neçə ildir ki, Şuşa rayonu ərazisində olan meşələrin qırılması ilə məşğulur.

“Biz o qədər odun yığmışıq ki, tam olaraq özümüzü də, qonşu kənləri də kəsilmiş ağaclarla təmin edə bilərik. Yaxşı ki, biz vaxtında məhz meşələrdəki ağacların kəsilib odun halına salınması ilə məşğul olmuşuq. Əks təqdirdə indi biz donardıq”, – deyə o qeyd edib.

Teqlər: