İrəvan Ukraynanı dəstəkləməkdən imtina etdi

İrəvan Ukraynanı dəstəkləməkdən imtina etdi

Ermənistan “Demokratiya Sammiti”nin bəyannaməsində Ukraynadakı vəziyyətlə bağlı bəndi qəbul etməkdən çəkinib.

AzerTimes xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb.

“Demokratiya Uğrunda Sammit”in təşəbbüskarı ABŞ Prezidenti Bayden olub. Plenar iclasın yekunu olaraq Ermənistanın da qeyd-şərtlə qoşulduğu Bəyannamə qəbul edilib. Sənəddə deyilir ki, sammit iştirakçıları Rusiyanın Ukraynaya qarşı müharibəsinin humanitar nəticələrini pisləyir, həmçinin qoşunların ölkə ərazisindən dərhal çıxarılmasını tələb edirlər. Sammit iştirakçıları “Ukrayna ərazisində törədilmiş beynəlxalq hüquq çərçivəsində ən ağır cinayətlərə” görə günahkarların məsuliyyətə cəlb olunmasını da dəstəkləyiblər. Ermənistan, Hindistan və Meksika da qeyd-şərtlə qoşulduğu Bəyannamənin bu bəndindən imtina ediblər. Ümumilikdə sənədi 73 ölkənin nümayəndəsi imzalayıb”, – məlumatda bildirilib.

Teqlər: