Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ukrayna ilə bağlı sülh konfransında iştirak etmək üçün İsveçrəyə səfər edəcək.
AzerTimes xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasından məlumat verilib.
“İyunun 15-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İsveçrə Konfederasiyasının Nidvalden kantonuna işgüzar səfərə gedəcək və burada Ukrayna Sülh Sammitində iştirak edəcək”, – məlumatda qeyd olunub.