İrəvan üçün Ərdoğan yaxşıdır, ya Kılıçdaroğlu? – Ovannisyan

İrəvan üçün Ərdoğan yaxşıdır, ya Kılıçdaroğlu? – Ovannisyan

Ermənistan üçün Türkiyə prezidentliyinə namizəd Kamal Kılıçdaroğlu hazırkı Prezident Rəcəb Tayyib Ərdoğandan daha arzuolunandır.

AzerTimes xəbər verir ki, bunu erməni türkoloq Anuş Ovannisyan deyib.

“Türkiyə proqramlarında Ermənistan kimin hakimiyyətdə olmasından asılı olmayaraq? dost ölkə ola bilməz. Amma Kılıçdaroğlu daha çox qərbyönlüdür, o, demokratiya tərəfdarıdır”, – o bildirib.

Ovannisyan qeyd edib ki, 2011-ci ildə Kılıçdaroğlunun erməni köklərindən bəhs edən broşür paylanıb:

“Kılıçdaroğlu Qərb tərəfindən daha çox idarə olunacaq, onun xarici siyasəti bizimlə dialoq üçün daha əlverişli olacaq, nəinki partiyası “Boz qurdlar”la əməkdaşlıq edən, ermənilərlə bağlı planlarını gizlətməyən Ərdoğan”.

Qeyd edək ki, mayın 28-də Türkiyədə prezident seçkisinin ikinci turu keçiriləcək. Birinci turda 49,51%, səs toplayan hazırkı Prezident Ərdoğan və 44,88% səs toplayan “Altılı masa”nın namizədi Kılıçdaroğlu toplayıb.

Teqlər: