İrəvan üçtərəfli bəyannamədən çəkilib? – Rusiya

İrəvan üçtərəfli bəyannamədən çəkilib? – Rusiya

Ermənistan 2020-ci ildə Moskva, Bakı və İrəvan tərəfindən imzalanan və Qarabağda atəşkəs əldə olunmasına şərait yaradan üçtərəfli bəyannamədən rəsmən öz imzasını geri götürməyib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk deyib.

Eyni zamanda, o bildirib ki, təxminən il yarımdır ki, regionda kommunikasiyaların açılması üzrə üçtərəfli işçi qrupu çərçivəsində heç bir irəliləyiş yoxdur.

Overçukun sözlərinə görə, regionda iqtisadi və nəqliyyat dəhlizlərinin blokdan çıxarılması yalnız Rusiyanın iştirakı ilə mümkündür.

Teqlər: