İrəvan Türkiyəyə görə Tiknizyana tələsik pasport verdi

İrəvan Türkiyəyə görə Tiknizyana tələsik pasport verdi

“Lokomotiv”in (Moskva) müdafiəçisi Nair Tiknizyan Ermənistan vətəndaşlığı alıb.

AzerTimes xəbər verir ki, bu barədə RİA Ermənistan Futbol Federasiyasına istinadla məlumat yayıb.

“Nair Ermənistan pasportu alıb və o, artıq Türkiyə yığmasına qarşı oyunda iştirak edə biləcək”, – məlumatda deyilib.

Qeyd edək ki, Türkiyə və Ermənistan milli komandolarının oyunu 25 martda İrəvanda keçiriləcək. Türkiyəli azarkeşlərin “təhlükəsizlik səbəbi ilə” oyuna buraxılmaması barədə qərar qəbul edilib.

Teqlər: