Ermənistan Baş naziri Nikol Paşinyan KTMT-nin noyabrın 23-də Minskdə keçiriləcək sammitinə getməyəcək.
AzerTimes xəbər verir ki, Paşinyan bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko ilə telefon danışığı zamanı deyib.
“Paşinyan görüşdə iştirak edə bilməyəcəyini deyib və KTMT tərəfdaşlarının bu qərara anlayışla yanaşacağına ümid etdiyini bildirib”, – baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan qeyd edib.