Biz xarici qüvvələrin İrəvanı daha təhlükəli geosiyasi oyunlara necə cəlb etməyə çalışdığını görürük. Görürük ki, erməni xalqının taleyi Qərb üçün qətiyyən maraqlı deyil. Onlar ermənilərin hisslərindən, tarixi yaddaşlarından, ağrılarından, iztirablarından sırf öz maraqları üçün istifadə edirlər.
AzerTimes xəbər verir ki, bu sözləri Rusiya XİN sözçüsü Mariya Zaxarova bugünkü mətbuat kofnransında deyib.
O bildirib ki, münasibətlərin müttəfiqlik xarakterini nəzərə alaraq, Rusiya Ermənistanda sülhün, sabitliyin və firavanlığın olmasını hər cür dəstəkləməyə hazırıq:
“Bu, bir sıra səbəblərə görə bizim üçün həqiqətən vacibdir. Bu, bizim ümumi tariximiz, xalqların qarşılıqlı anlaşması və mədəniyyətidir. Bu, həm də regional sabitlik, ümumi çağırışlar və problemlərdir ki, onları birlikdə həll etmək daha asandır. Rusiya və Aİİ ilə ticarət-iqtisadi əlaqələr sayəsində Ermənistan iqtisadiyyatında əhəmiyyətli artım qeydə alınıb. Biz İrəvanla Bakı arasında üçtərəfli sazişlər əsasında münasibətlərin normallaşması üçün yaxşı imkanlar görürük. Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması üçün ilkin şərtlər var. Ümumiyyətlə, biz Cənubi Qafqazda gərginliyin azaldılmasında və regionun zəngin potensialının üzə çıxarılmasında maraqlıyıq ki, buna da “3-3” formatı sayəsində əməkdaşlığın genişləndirilməsi kömək edə bilər”.